KİV: Pentaqon Panamada quru qoşunlarının təlimlərini bərpa edib

Digər ölkələr
  • 10 noyabr, 2025
  • 21:46
KİV: Pentaqon Panamada quru qoşunlarının təlimlərini bərpa edib

Pentaqon 20 ildən artıq fasilədən sonra quru qoşunlarının hərbçilərini cəngəllik şəraitində təlim keçmək üçün Panamaya göndərir.

"Report" "ABC News" telekanalına istinadən xəbər verir ki, bu barədə Pentaqondakı mənbə bildirib.

Mənbəyə görə, söhbət bu ilin əvvəlindən həyata keçirilən üç həftəlik hazırlıq proqramından gedir. Gözlənilir ki, bu proqram 2026-cı il ərzində genişləndiriləcək. Proqram hərbçilərin mümkün hərbi əməliyyatlara, o cümlədən Venesuela ərazisindəki missiyalara hazırlığına yönəlməyib.

Qeyd olunur ki, ABŞ Silahlı Qüvvələrinin Panamadakı təlim poliqonu 1999-cu ildə bağlanıb və sonuncu amerikalı hərbçilər ölkəni ABŞ-nin kanala nəzarətin Panamaya ötürülməsi ilə bağlı razılaşma çərçivəsində tərk ediblər.

ABŞ tərəfindən inşa olunan Panama kanalı 1914-cü ildə istismara verilib və uzun müddət onların nəzarətində olub. 1977-ci ildə imzalanmış Torrijos–Karter müqaviləsi kanala nəzarətin mərhələli şəkildə Panamaya verilməsini nəzərdə tuturdu və bu proses 1999-cu ildə başa çatıb. Müqaviləyə əsasən, kanal neytral statusa malikdir və dünya ticarəti üçün açıq qalmalıdır. Kanal qlobal iqtisadiyyat üçün mühüm nəqliyyat marşrutu olaraq qalır və ABŞ-nin əsas strateji maraq obyektlərindən biri sayılır.

Son xəbərlər

Bütün Xəbər Lenti