ABŞ Suriyaya qarşı sanksiyaları və ixrac nəzarəti tədbirlərini yumşaldıb
Digər ölkələr
- 10 noyabr, 2025
- 22:23
ABŞ Suriyaya qarşı tətbiq olunan sanksiya rejiminin və ixrac nəzarəti tədbirlərinin yumşaldıldığını elan edib.
"Report"un məlumatına görə, bunu ABŞ Maliyyə Nazirliyi açıqlayıb.
Açıqlamada bildirilib ki, ABŞ Suriyanın terrorizmin dövlət sponsoru kimi təyin edilməsini nəzərdən keçirməyə davam edəcək.
Bəyanata əsasən, sanksiyalar 180 gün müddətinə dayandırılıb. Lakin "Sezar Qanunu" çərçivəsində Rusiya və İranla aparılan əməliyyatlara dair məhdudiyyətlər qüvvədə qalır. ABŞ-nin mülki təyinatlı mallarının, texnologiyanın və proqram təminatının Dəməşqə köçürülməsinə icazə verilir.
Eyni zamanda, ABŞ Suriyanın sabiq prezidenti Bəşər Əsədə qarşı sanksiyaları qüvvədə saxlayır.
Son xəbərlər
15:23
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi15:11
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
Region14:44
IMF Serbiya iqtisadiyyatı barədə müsbət proqnoz verib
Digər ölkələr14:30
JMIC: Hörmüz boğazının cənub marşrutu gəmi hərəkəti üçün açıq qalır
Digər ölkələr14:26
Honkonqda tayfun səbəbindən 130-dan çox daxili aviareys ləğv edilib
Digər ölkələr14:16
Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub
Digər ölkələr13:58
Naxçıvanda ali məktəblərə qəbul imtahanında 968 abituriyent iştirak edib
Elm və təhsil13:45
Naxçıvanda FHN-ə 6 ayda 32 mindən çox zəng daxil olub
Daxili siyasət13:31