KİV: Britaniya Rusiyanın 10,6 milyard dollarlıq aktivlərini Ukraynaya verməyə hazırdır
- 05 dekabr, 2025
- 05:53
Böyük Britaniya hökuməti Ukraynaya Rusiyanın 8 milyard funt sterlinq (10,6 milyard dollar) məbləğində dondurulmuş aktivlərini verməyə hazırdır.
"Report"un xəbərinə görə, bu barədə "The Times" qəzeti Böyük Britaniyanın Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Birləşmiş Krallıq Qərb ölkələri arasında təzminat krediti ilə bağlı vahid mövqe barədə razılığı gözləyir.
Bununla yanaşı, nəşr əlavə edib ki, London hələ Ukraynaya köçürülmək üçün Rusiya aktivlərinin müsadirə edilməsi üçün son metod hazırlamayıb.
Daha əvvəl Avropa Komissiyası (AK) 2026-2027-ci illərdə Ukrayna üçün maliyyələşdirməni təmin etmək üçün "təzminat krediti" çərçivəsində Avropadakı bütün dondurulmuş Rusiya aktivlərini müsadirə etmək planını açıqlayıb. AK həmçinin Aİ-yə üzv olmayan Qərb ölkələrini bu təşəbbüsə qoşulmağa çağırıb.