KİV: ABŞ Amerika körfəzində qazma işləri üçün genişmiqyaslı hərrac keçirəcək
- 07 noyabr, 2025
- 22:55
ABŞ Prezidenti Donald Trampın administrasiyası gələn ay Meksika körfəzinin təxminən yarısını əhatə edən ərazidə dənizdə qazma hüquqlarını hərracda satışa çıxarmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" Okean Enerjisinin İdarə Edilməsi Bürosunun bildirişinə istinadən məlumat yayıb.
Bildirişə əsasən, Trampın adını Amerika Körfəzi olaraq dəyişdirdiyi Meksika Körfəzinin təxminən 323.749 kvadrat kilometrlik ərazisi 10 dekabrda hərraca çıxarılacaq. Agentlik "sənayenin aktiv iştirakı təşviq etmək" üçün minimum royalti dərəcəsini 12,5% olaraq müəyyən edib.
Sözügedən hərraclar
Tramp tərəfindən bu yay imzalanmış "One Big Beautiful Bill Act" qanununun tətbiqinin bir hissəsidir. Qanun ümumilikdə 36 şelf qazma hüquqlarının satışını nəzərdə tutur, bunlardan 30-u Meksika körfəzində və ən azı altısı Alyaskadakı Kuk İnlet körfəzində olacaq.