İtaliya NATO-nun şərq cinahının möhkəmləndirilməsi üçün qırıcılar təmin edəcək

Digər ölkələr
  • 14 sentyabr, 2025
  • 05:11
İtaliya NATO-nun şərq cinahının möhkəmləndirilməsi üçün qırıcılar təmin edəcək

İtaliya NATO-nun şərq cinahında mövqelərinin möhkəmləndirilməsinə töhfə verəcək.

"Report" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti yazıb.

Qəzetin məlumatına görə, söhbət ən azı iki qırıcı təyyarədən gedir.

Seçim "Eurofighter" və "F-35" arasında aparılır, lakin üstünlük F-35"ə verilir. Onlar Estoniyada artıq yerləşdirilmiş dörd italyan qırıcısına əlavə oluna bilər. Bundan başqa, İtaliya Estoniyada artıq yerləşdirilmiş "Samp-T" hava hücumundan müdafiə sisteminin orada qalma müddətini də uzada bilər.

Nəşr qeyd edir ki, bu qərar hərbi, siyasi və diplomatik baxımdan zəruri hesab olunur və Rusiyanın buraxdığı PUA-ların Polşa ərazisinə düşməsindən sonra Varşavaya dəstək məqsədilə Avropa ölkələrinin göstərdiyi təzyiqlərlə izah olunur.

"Roma artıq açıqlanmış digər Avropa tərəfdaşlarının səyləri fonunda kənarda qala bilməz", - qəzet yazır.

Hazırda İtaliya hökuməti bu qərarın həyata keçirilməsi üçün parlamentin əlavə təsdiqinə ehtiyac olub-olmadığını müzakirə edir. Ola bilər ki, bu, illik olaraq parlamentdə rəsmi şəkildə təsdiqlənən beynəlxalq hərbi əməliyyatlar paketinə daxil edilsin.

Son xəbərlər

Bütün Xəbər Lenti