Beyləqanda yol qəzası olub, ölən var - YENİLƏNİB
- 14 sentyabr, 2025
- 11:29
Beyləqan rayonunda (Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrliyi) "Lexus" və BMW markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Yanğın nəticəsində BMW markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sentyabrın 14-nə keçən gecə Beyləqan rayonu ərazisində "Lexus" və BMW markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, qəza nəticəsində BMW markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.