İsveç Polşaya təyyarə və hava hücumundan müdafiə sistemləri göndərəcək

Digər ölkələr
  • 10 sentyabr, 2025
  • 23:07
İsveç Polşaya təyyarə və hava hücumundan müdafiə sistemləri göndərəcək

İsveç Polşanın hava məkanını bəzi dronların pozması ilə əlaqədar təcili olaraq bu ölkəyə təyyarə və hava hücumundan müdafiə sistemləri göndərəcək.

"Report" xəbər verir ki, bunu TVN24 telekanalının efirində Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

"Mən indicə İsveçin müdafiə nazirindən Polşaya təcili olaraq əlavə yardımın, o cümlədən hava hücumundan müdafiə sistemləri və təyyarələrin göndərilməsi barədə məlumat aldım", - polşalı nazir bildirib.

Kosinyak-Kamış Polşaya hansı təyyarə və hava hücumundan müdafiə sistemlərinin göndəriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.