Çarli Kirkə sui-qəsd təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Digər ölkələr
  • 11 sentyabr, 2025
  • 02:55
Çarli Kirkə sui-qəsd təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Amerikalı fəal və siyasətçi Çarli Kirkə təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) direktoru Keş Patel "X" sosial şəbəkəsində məlumat paylaşıb.

O bildirib ki, şübhəli şəxs artıq təhülkəsizlik qüvvələrinin nəzarəti altındadır.

"Yeni məlumat olduqda ictimaiyyətə təqdim ediləcək", - FTB direktoru əlavə edib.

Sui-qəsd nəticəsində öldürülən amerikalı fəal və siyasətçi Çarli Kirkə atəş açıldıqdan sonra saxlanılan şübhəlinin onu vuran şəxs olmadığı aydınlaşdırılıb.

"Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti Yuta Universitetinin nümayəndəsi Skott Trotterə istinadla xəbər yayıb.

Çarli Kirkə universitetində keçirilən debat zamanı atəş açılıb. Universitet daha əvvəl atəş açmaqda şübhəli bilinən şəxsin saxlanıldığını bildirmişdi.

Çarli Kirk ABŞ-nin Respublikaçılar Partiyasının və prezident Donald Trampın tərəfdarı idi. O, tez-tez media çıxışları edir, həmçinin universitet və kolleclərdə mühazirələr təşkil edirdi.