WSJ: "OpenAI" "Oracle" ilə 300 milyard dollarlıq müqavilə imzalayıb
- 11 sentyabr, 2025
- 01:12

Amerikanın süni intellekt tərtibatçısı "OpenAI" süni intellekt texnologiyalarının inkişafı məqsədilə "Oracle" korporasiyası ilə 300 milyard dollarlıq hesablama gücü alışı üzrə beş illik müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) öz mənbələrinə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, "Oracle"ın yeni gəlirlərinin əsas hissəsi məhz "OpenAI" ilə bağlanan bu müqavilədən əldə olunacaq. Sözügedən müqavilənin məbləği "OpenAI"nin hazırkı illik gəlirini xeyli üstələyir və bulud əsaslı hesablama sahəsində indiyədək bağlanmış ən iri müqavilələrdən biri hesab olunur.
Qeyd olunur ki, belə bir məlumat mərkəzinin işləməsi üçün 4,5 giqavat güc tələb olunur ki, bu da təxminən 4 milyon evin enerji istehlakına bərabərdir.