Əfqanıstanda göyərtəsində nazir və qubernatorun olduğu helikopter qəzaya uğrayıb

Digər ölkələr
  • 10 sentyabr, 2025
  • 23:46
Əfqanıstanda göyərtəsində nazir və qubernatorun olduğu helikopter qəzaya uğrayıb

Əfqanıstanın mədən sənayesi və neft naziri Hidayətullah Bədri və Qor vilayətinin qubernatoru Həyyatullah Mübarəkin olduğu helikopter qəzaya uğrayıb.

"Report"un "Pajhwok" agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə qubernator Mübarəkin mətbuat katibi Rasas Bədri məlumat verib.

"Helikopter Qor vilayətinin Tulak rayonuna bağlı Nalbandan bölgəsində qəzaya uğrayıb. Heç kim xəsarət almayıb", – deyə xəbərdə qeyd olunur.

Qubernatorun mətbuat katibinin sözlərinə görə, qəzanın səbəbi helikopterdə yaranmış texniki nasazlıq olub. Bədri bildirib ki, nazir və qubernator həmin rayonda yerləşən qurğuşun yatağını ziyarət etməyi planlaşdırırdılar.

Məlumatda həmçinin Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi İnayətullah Həvarizminin sosial şəbəkələrdə yaydığı məlumata da yer verilib. O bildirib ki, helikopter uçuş zamanı dağa çırpılıb.