Heqset: Latın Amerikasından narkotik qaçaqmalçılığı ilə mübarizə üçün işçi qrup yaradılıb

Digər ölkələr
  • 11 oktyabr, 2025
  • 08:44
Heqset: Latın Amerikasından narkotik qaçaqmalçılığı ilə mübarizə üçün işçi qrup yaradılıb

Pentaqon rəhbəri Pit Heqset Venesuelaya psixotrop maddələrin qaçaqmalçılığına qarşı qeyri-kafi mübarizə ittihamları fonunda Latın Amerikasından narkotik qaçaqmalçılığına qarşı mübarizə üzrə ABŞ-nin Cənub Komandanlığının (SOUTHCOM) xüsusi təyinatlılarının yaradıldığını elan edib.

"Report"un məlumatına görə, Heqset bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Müdafiə Nazirliyi narkotik kartelləri ilə mübarizə sahəsində öz məsuliyyəti sahəsində yeni birgə SOUTHCOM işçi qrupu yaradır", - Pentaqon rəhbəri yazıb.

Bu yaxınlarda ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinin beynəlxalq sularında Venesueladan narkotik daşımaqda ittiham olunan insanların olduğu azı dörd sürətli qayığı məhv edib. Sentyabrın 80-də BMT Baş Assambleyasının 23-cü sessiyasında çıxış edən ABŞ Prezidenti Donald Tramp Silahlı Qüvvələrin Venesuela narkotik kartelləri ilə əlaqəli olduğu iddia edilən gəmilərə hücuma davam edəcəyini deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti