Finlandiya Prezidenti: Gələn ilin yazınadək Rusiya - Ukrayna atəşkəsi mümkün deyil

Digər ölkələr
  • 16 noyabr, 2025
  • 13:30
Finlandiya Prezidenti: Gələn ilin yazınadək Rusiya - Ukrayna atəşkəsi mümkün deyil

Finlandiya Prezidenti Aleksandr Stubb Avropanı səbatlı olmağa çağıraraq Rusiya-Ukrayna müharibəsinin tezliklə sülh yolu ilə bitmə ehtimalının az olduğunu xəbərdar edib.

"Report"un məlumatına görə, o, bunu "Associated Press"ə müsahibəsində bildirib.

"Rusiya-Ukrayna atəşkəsinin gələn ilin yazına qədər bitməsi ehtimalı azdır və Avropa müttəfiqləri Kiyevi bürüyən korrupsiya qalmaqalına baxmayaraq, dəstəyi davam etdirməlidirlər", - Stubb deyib.

Onun sözlərinə görə edib ki, bu arada Avropanın qış aylarını keçirməsi üçün dözümlülüyə, möhkəmliyə və qətiyyətə ehtiyacı olacaq, çünki Rusiya qitədə hibrid hücumlarını və informasiya müharibəsini davam etdirir.

AP-nin məlumatına görə, Stubb həmçinin səbatlı qalmalıdır, çünki o, Avropanın ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında əsas vasitəçisidir. Rusiya ilə 1340 kilometrlik sərhədi olan bir ölkənin lideri kimi, o, riskləri yaxşı bilir.

Son xəbərlər

Bütün Xəbər Lenti