Bərdə sakini Ağdərədə minaya düşüb - YENİLƏNİB

Hadisə
  • 16 noyabr, 2025
  • 15:51
Bərdə sakini Ağdərədə minaya düşüb - YENİLƏNİB

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin məlumatına görə, işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1990-cı il təvəllüdlü Bərdə sakini Əliyev Natiq Namiq oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.

Faktla bağlı Ağdərə rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

Ağdərə rayonunda mina partlayışı baş verib.

"Report"un Qarabağ bürosunun əldə etdiyi ilkin məlumata görə, Bərdə rayonunun Kələntərli kənd sakini Əliyev Natiq Namiq oğlu Ağdərənin Sırxavənd kəndində minaya düşüb.

Yaralı Bərdə Şəhər Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yetişdirilib və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti