Ekvador hökuməti avtomobilin partlamasını terror aktı adlandırıb - YENİLƏNİB

Digər ölkələr
  • 15 oktyabr, 2025
  • 10:04
Ekvador hökuməti avtomobilin partlamasını terror aktı adlandırıb - YENİLƏNİB

Ekvador hökuməti ötən gün Quayakil şəhərində avtomobilin partlamasını terror aktı adlandırıb.

"Report" xəbər verir ki, bu barədə yerli məmurların bəyanatlarına istinadən "Prensa Latina" agentliyi məlumat yayıb.

"Ekvador hökuməti ən azı bir nəfərin öldüyü və iki nəfərin yaralandığı avtomobil partlayışını terror aktı adlandırıb", - nəşrdə qeyd edilib.

Ekvadorun Quayakil şəhərindəki "Mall del Sol" ticarət mərkəzinin qarşısında güclü partlayış baş verib.

"Report" bu barədə yerli mətbuata istinadən xəbər verir.

İlkin məlumata əsasən, hadisə nəticəsində ən azı üç nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Partlayış dalğası ticarət mərkəzinin fasadına, parklanmış avtomobillərə və yaxınlıqdakı binalara, o cümlədən Ekvador Prezidenti Daniel Noboanın ailəsi ilə əlaqəli "Nobis Group" şirkətinin ofislərinə ziyan vurub. Hadisə yerinə partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər və polis əməkdaşları cəlb olunub, ətraf ərazi mühasirəyə alınıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayışa səbəb avtomobillərdən birinin altına partlayıcı qurğunun yerləşdirilməsi olub, lakin hüquq-mühafizə orqanları hələ bu versiyanı təsdiqləyə bilmirlər.

İstintaq "Los Choneros" və "Los Tiguerones" cinayətkar qruplarının fəaliyyəti ilə bağlı versiyaları nəzərdən keçirir.

Son xəbərlər

Bütün Xəbər Lenti