COP29 nümayəndəsi: Bakıda qəbul edilmiş tarixi qərarlar gecikmədən həyata keçirilməlidir

Digər ölkələr
  • 03 sentyabr, 2025
  • 15:28
COP29 nümayəndəsi: Bakıda qəbul edilmiş tarixi qərarlar gecikmədən həyata keçirilməlidir

COP29 sədrliyi nümayəndəsi Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Ədalətli Keçid üzrə BƏƏ İş Proqramı çərçivəsində Dördüncü Dialoqun açılışında çıxış edib.

"Report" xəbər verir ki, bu barədə COP29-un "X" platformasındakı rəsmi səhifəsində bildirilib.

Ədalətli keçidin hər bir ölkənin unikal sosial, iqtisadi və milli şəraitinə uyğunlaşdırılmasının, onların inkişaf yollarını və prioritetlərini əks etdirməsinin vacibliyi vurğulanıb.

"Nümayəndə bildirib ki, maliyyələşdirmə, texnologiyalar və potensialın artırılması kimi əsas həyata keçirmə vasitələrinin təmin edilməsi ədalət və inklüzivliyin təmin olunması üçün həlledici əhəmiyyət kəsb edir. Bu kontekstdə qeyd edilib ki, Bakıda COP29-da qəbul edilmiş maliyyə hədəfi ilə bağlı tarixi qərarlar ədalətli və bərabərhüquqlu keçidlər üçün zəruri şərait yaratmaq məqsədilə gecikdirilmədən həyata keçirilməlidir", - məlumatda bildirilib.