Cənubi Koreyada qüllənin uçması nəticəsində ən azı üç nəfər ölüb
Digər ölkələr
- 07 noyabr, 2025
- 09:06
Cənubi Koreyanın cənub-şərqində yerləşən Ulsan şəhərindəki istilik elektrik stansiyasında qazanxana qülləsinin çökməsi nəticəsində ən azı üç nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Yonhap" agentliyi yanğından mühafizə xidmətinə istinadən bildirir.
Məlumata görə, 60 metr hündürlüyündəki qüllə partlayıcı maddələr vasitəsilə sökülməli idi. Qüllənin altında qalan bütün insanların subpodratçı şirkətin işçiləri olduqları ehtimal edilir.
Hadisə yerində əvvəlcə bir nəfərin həlak olması təsdiqlənib, daha sonra xilasedicilər dağıntılar altından daha iki işçinin cəsədini çıxarıblar. Bundan əlavə, iki nəfər itkin düşmüş hesab edilir, lakin xilasedicilər onların hər ikisinin həlak olmasından ehtiyat edirlər.
Son xəbərlər
11:36
Azərbaycan HDQ-sinin nümayəndə heyəti Pakistana səfər edib
Hərbi11:36
Foto
Xəzər Universitetində Zəfər Günü qeyd olunub
Daxili siyasət11:36
"Air Astana" 2035-ci ilə qədər 18 "Boeing" təyyarəsi alacaq
Region11:34
Naxçıvanda pensiyalar ödənilib
Sosial müdafiə11:33
Azərbaycan millisinin sabiq futbolçusu: "Abubakar "Qarabağ" üçün böyük təhlükə ola bilər"
Futbol11:27
Sahil Babayev: "Büdcədə fiskal dayanıqlılıq növbəti dövrlərdə də artırılacaq"
Maliyyə11:17
"Expressbank" Ağdamda "Zəfər naminə" ağacəkmə aksiyası keçirib
Maliyyə11:14
Foto
8300 mAh batareyaya malik, sarsılmaz HONOR X9d artıq satışdadır
Biznes11:10