Xəzər Universitetində Zəfər Günü qeyd olunub

Daxili siyasət
  • 07 noyabr, 2025
  • 11:36
Xəzər Universitetində Zəfər Günü qeyd olunub

Xəzər Universiteti və Tolerantlıq Evinin birgə təşkilatçılığı ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarix qələbənin beşinci ildönümünə həsr olunmuş "Zəfər Günü: Tarixi yaddaş və milli kimlik" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Xəzər Universitetinin rektoru Raziyə İsayeva, ali məktəbin Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlu, Tolerantlıq Evinin direktoru Fatma Paşazadə, Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Alban-Udi İcmasının sədri Robert Mobili, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov, Roma-Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev çıxış ediblər.

Xəzər Universitetinin müəllimləri - Rüxsarə Quliyeva "Zəfər Gününün beynəlxalq hüququn prinsipləri baxımından təhlili" və Yaqub Məmmədov "Qarabağda bərpa olunan arxeoloji tədqiqatlar: tarixin zəfərlə yenidən yazılması" mövzularında məruzələr ediblər.

Eyni zamanda, Vətən müharibəsi iştirakçıları Şiraz Həsənov, şəhid polkovnik Babək Səmidlinin oğlu Mətləb Səmidli, şəhid Həsən Məmmədovun qızı Arzu Məmmədova çıxış ediblər

Sonda yazıçı İlqar Kamilin şəhid leytenant Murad Nağıyevin həyatına həsr olunmuş "9-cu Mərtəbə" adlı romanının təqdimatı keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti