"Air Astana" 2035-ci ilə qədər 18 "Boeing" təyyarəsi alacaq

Region
  • 07 noyabr, 2025
  • 11:36
Air Astana 2035-ci ilə qədər 18 Boeing təyyarəsi alacaq

Qazaxıstanın "Air Astana" aviaşirkəti "Boeing" şirkəti ilə 15 "B787-9 Dreamliner" təyyarəsinin tədarükü haqqında müqavilə imzalayıb.

"Report" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə "Air Astana"nın məlumatında deyilir.

"Bu, aviaşirkət tərəfindən indiyədək yerləşdirilmiş ən böyük sifarişdir və beş təsdiq edilmiş mövqe, beş opsion və beş alış hüququndan ibarətdir. Sövdələşmə Direktorlar Şurası tərəfindən təsdiqlənib və hazırda şirkət lazımi korporativ prosedurların yerinə yetirilməsini tamamlayır", - şirkətdən bildirilib.

Bu sifariş 2026-2027-ci illərdə çatdırılması planlaşdırılan üç "Boeing 787-9" təyyarəsinin tədarükü haqqında daha əvvəl bağlanmış sazişi tamamlayır. Onların ümumi sayı 18-ə qədər artacaq.

"Air Astana"dan bildirilib ki, yeni sifariş 2032-2035-ci illər arasında çatdırılacaq. 18 "Boeing 787-9" tipli təyyarə parkının mühərriklər də daxil olmaqla ümumi kataloq dəyəri 7 milyard dollardır.

Son xəbərlər

Bütün Xəbər Lenti