"Expressbank" Ağdamda "Zəfər naminə" ağacəkmə aksiyası keçirib
- 07 noyabr, 2025
- 11:17
"Expressbank" ASC sosial məsuliyyət strategiyasına sadiq qalaraq "Təbiətə qayğı – Gələcəyə miras" layihəsi çərçivəsində həyata keçirdiyi ənənəvi ağacəkmə aksiyasını bu il "Zəfər naminə!" şüarı altında 44 Günlük Vətən Müharibəsindəki zəfərimizin 5-ci ildönümünə həsr edib.
Zəfər Günü münasibətilə keçirilən bu aksiyanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə "Expressbank"ın əməkdaşları Ağdamın Sarıcalı kəndində təşkil edilib.
Aksiya çərçivəsində əraziyə 200 ədəd Yapon əzgili, Xan çinarı və Eldar şamı kimi iqlim şəraitinə uyğun, uzunömürlü ağac növləri əkilib. Bu təşəbbüs azad edilmiş torpaqlarda ekoloji tarazlığın bərpasına və yaşıllıqların artırılmasına töhfə verməklə yanaşı, şəhidlərimizin xatirəsinə ehtiram rəmzi kimi həyata keçirilib. Layihə "Expressbank"ın dayanıqlı bankçılıq prinsiplərinə əsaslanaraq cəmiyyətə, ətraf mühitə və gələcək nəsillərə dəyər qatmaq məqsədini daşıyır. Bank sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi ekoloji təşəbbüslərlə ölkənin yaşıl gələcəyinə töhfə verməyə, ətraf mühitin qorunmasına və dayanıqlı inkişaf məqsədlərinin reallaşmasına daim dəstək göstərir.
Bu il "Expressbank" Böyük Zəfərin 5-ci ildönümünün əhəmiyyətini bir sıra silsilə tədbirlərlə vurğulayıb. Belə ki, Bank "YAŞAT" Xeyriyyə Marafonuna 50 000 manat ianə ilə qoşularaq şəhid övladlarının təhsil imkanlarının genişlənməsinə və onların gələcəyinin formalaşmasına qayğısını ifadə edib.
"Expressbank" Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
"Expressbank" Azərbaycan Mərkəzi Bankının verdiyi 30 dekabr 1992-ci il tarixli №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C.