Britaniya Ukraynaya qoşun yeritmək üçün 135 milyon dollar ayırmağa hazırdır

Digər ölkələr
  • 21 oktyabr, 2025
  • 01:38
Britaniya Ukraynaya qoşun yeritmək üçün 135 milyon dollar ayırmağa hazırdır

Böyük Britaniya hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukraynaya qoşun göndərmək ideyasından imtina etmir. Hərbi kontingentin yerləşdirilməsinin dəyəri 100 milyon funt-sterlinqdən (135 milyon dollar) çox qiymətləndirilir.

"Report"un məlumatına görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.

"Sülh mümkündür. Əgər ABŞ Prezidenti Donald Tramp sülhə nail ola bilsə, biz sülhün uzunmüddətli olmasının təminatına kömək etməyə hazır olacağıq. Bu, bizdən sərmayə qoymağı və qoşunlarımızı yerləşdirməyə hazırlamağı tələb edir. Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan edib ki, lazım gəlsə, Britaniya qoşunlarını Ukrayna torpağında görmək istəyir. Mən artıq sülhə milyonlarla funt-sterlinqin ayrılmasını sürətləndirmişəm. Bunun xərcinin 100 milyon funt-sterlinqdən çox olacağını gözləyirəm", - nazir "Sky News" telekanalında yayımlanan çıxışında bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti