Tramp Ağ Evin yeni banket zalının inşasını təsdiqləyib

Digər ölkələr
  • 21 oktyabr, 2025
  • 02:23
Tramp Ağ Evin yeni banket zalının inşasını təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yeni ziyafət salonunun inşası layihəsi çərçivəsində genişmiqyaslı tikinti işlərinə başladığını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evin Şərq zalında tələbələrdən ibarət iki beysbol komandasını qəbul edərkən bildirib.

"Düz arxada banket zalı tikirik. Onlar 150 il banket zalı tikmək istəyirdilər. Bu binada 99 nəfər yerləşə bilər. Amma yenisində 999 nəfər yerləşəcək", - o deyib.

Bir neçə saat əvvəl yerli media, Ağ Evin şərq korpusunun bir hissəsinin ziyafət salonu tikmək məqsədi ilə sökülməyə başladığını bildirərək, bununla bağlı fotolar yayıb.

"Ölkədə ən gözəl ziyafət zalımız olacaq", - Amerika administrasiyasının rəhbəri deyib. O, yeni zalda tam olaraq Ağ Evin daxili bəzəyinin təkrarlanacağına söz verib.

Prezident qeyd edib ki, ciddi tikinti işləri gedir və bunun nəticəsində yaranan səs-küy Ağ Evin bütün kompleksinin ərazisində eşidilə bilər. "Bu gün yenicə başladılar", - Tramp deyib.

Ziyafət zalının inşası planları rəsmi olaraq iyulun sonunda elan edilib. Hazırlıq işləri son bir neçə ay ərzində aparılıb. Bu işin aparıldığı hasara alınmış ərazi Ağ Evin Cənub Qazonundan görünürdü.

ABŞ Prezidenti Donald Trampın mövcud tikiliyə zərər vurmayacağına dair vədinə baxmayaraq, söküntü briqadası onun göstərişi ilə banket zalının tikintisi üçün Ağ Evin bir hissəsini sökməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, işçilər şərq blokunun bir hissəsini sökür, ekskavator isə binanın özünü dağıdıb. Tikinti səsləri Ağ Evin hər yerindən eşidilirdi.

Qəzetin yazdığına görə, Amerika lideri tikintinin binanın mövcud strukturuna təsir etməyəcəyini bəyan edib.

"Tikinti işi mövcud binaya müdaxilə etməyəcək. Etməyəcək. Onun yanında olacaq, lakin ona toxunmayacaq", - Tramp iyul ayında sərəncam imzalayarkən deyib.

ABŞ rəsmiləri banket zalının Şərq Qanadını əvəzləyəcəyini bildirərək, Trampın Prezident olmasından xeyli əvvəl strukturda çoxsaylı dəyişikliklər edildiyini deyiblər.

ABŞ Prezidenti əvvəlcə layihənin dəyərini 200 milyon dollar hesablasa da, sonradan bu rəqəmi 250 milyon dollara çatdırıb. O qeyd edib ki, banket zalında Şərq otağının tutumundan üç dəfə çox olmaqla 650 nəfərə qədər yer olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti