ABŞ Senatı hökumətin maliyyələşməsi haqqında qanun layihəsini yenə qəbul etməyib
- 21 oktyabr, 2025
- 04:17

ABŞ Senatı fəaliyyəti qismən dayandırılmış federal hökumətin maliyyələşdirilməsini nəzərdə tutan, son həftələrdə Respublikaçılar tərəfindən dəstəklənən qanun layihəsini bazar ertəsi 11-ci dəfə rədd edib.
"Report"un məlumatına görə, iclası C-SPAN telekanalı yayımlayıb.
Prosedur səsvermə zamanı daha əvvəl Nümayəndələr Palatasında təsdiq edilmiş Respublikaçılar tərəfindən hazırlanmış qanun layihəsinin lehinə 50, əleyhinə isə 43 səs toplayıb. Qanun layihəsinin təsdiqi üçün senatorların 60 səsi tələb olunur.
ABŞ federal hökumətinin maliyyə çatışmazlığı səbəbindən fəaliyyətinin qismən dayandırması oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 8:00) başlayıb. Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyaların nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Onlar hələ də razılığa gələ bilmirlər. Demokratlar və Respublikaçılar bir-birlərini şatdauna təhrikdə və onu siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.