Britaniyanın Rusiyaya qarşı sanksiya siyahısına 5 fiziki, 35 hüquqi şəxs daxil edilib - YENİLƏNİB
- 15 oktyabr, 2025
- 16:05

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısına beş fiziki və 35 hüquqi şəxsi daxil edib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında bildirilib.
Yeni siyahıya Rusiya, Sinqapur və Yeni Zelandiya vətəndaşları, həmçinin Rusiya, BƏƏ, Sinqapur, Tailand, Çin və Hindistan şirkətləri daxil edilib.
Yeni məhdudlaşdırıcı tədbirlər Rusiyanın dörd kredit təşkilatına ("BBR bank", "Solid bank", "Transstroybank" və "Primsotsbank") tətbiq olunub.
Həmçinin "Rosneft"in ortaq sahibi olduğu Hindistanın "Nayara Energy" şirkəti də sanksiyalara məruz qalıb.
Çinin "National Pipeline Group Beihai Liquefied Natural Gas CO LTD" şirkəti da bundan sonra sanksiyalar altındadır.
Böyük Britaniya Rusiyanın "Lukoil" və "Rosneft" şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Böyük Britaniya Maliyyə Nazirliyinin bəyanatına istinadən bildirib.
London sanksiya siyahısını 90 mövqe genişləndirib.
Xüsusilə Rusiyanın Milli Ödəniş Kartı Sisteminə və 51 gəmiyə sanksiyalar tətbiq edilib.