"TuranBank" III rübün maliyyə nəticələrini elan edib

Maliyyə
  • 15 oktyabr, 2025
  • 17:45
TuranBank III rübün maliyyə nəticələrini elan edib

Ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC 2025-ci ilin III rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

Rübün yekunlarına görə "TuranBank"ın aktivləri illik müqayisədə 5 % artaraq bu il oktyabrın 1-nə 893 milyon manata çatıb. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 9,1 % və yaxud 59 milyon manat artaraq 711 milyon manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 368 milyon manat təşkil edib. Bankda fiziki şəxslərin depozitləri 20 milyon manat artaraq 386 milyon manat olub ki, bu da müştərilərin Banka olan yüksək etimadının göstəricisidir.

Ötən ilin eyni dövrü ilə müqayisədə "TuranBank"ın əməliyyat mənfəəti 25 % və yaxud 4 milyon manat artaraq 21,3 milyon manata, faiz gəlirləri 12,7 % və yaxud 9 milyon manat artaraq 75 milyon manata, qeyri-faiz gəlirləri isə 16,8 % və yaxud 3 milyon artaraq 17 milyon manata yüksəlib. Bank bu ilin 9 ayını 1,6 milyon manat xalis mənfəətlə başa vurub.

III rübdə "TuranBank" institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Belə ki, Bank Asiya İnkişaf Bankının Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramından (TSCFP) yararlanmağa başlayıb. Bununla yanaşı ölkəmizdə, xüsusilə regionlarda kiçik və orta biznesin, sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirmək məqsədilə TuranBank nüfuzlu BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu ilə 3 illik müddətə 15 milyon ABŞ dolları məbləğində yerli valyutada, ECO Ticarət və İnkişaf Bankı ilə 5 illik müddətə 5 milyon Avro məbləğində, İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 5 il müddətinə 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalayıb.

"TuranBank"ın KOS sektorunun inkişafı istiqamətində atdığı səmərəli və davamlı addımlarının, eləcə də beynəlxalq maliyyə institutları ilə uğurla həyata keçirdiyi strateji tərəfdaşlıqlarının nəticəsidir ki, Bank Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan "11-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2025" (11th Trade and Supply Chain Finance Program Awards 2025) çərçivəsində "Ən Yaxşı KOS Maliyyələşməsi Layihəsi" (Best SME Deal of the Year) nominasiyasının qalibi elan edilib.

1992-ci ildən etibarən fəaliyyət göstərən "TuranBank "22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və yaxud sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır...

Son xəbərlər

Bütün Xəbər Lenti