Britaniya "Lukoyl"un Bolqarıstandakı törəmə şirkətləri üçün lisenziyanın müddətini uzadıb
- 20 noyabr, 2025
- 20:34
Böyük Britaniya Rusiyanın "Lukoyl" şirkətinin Bolqarıstandakı törəmə müəssisələrinə ölkədə fəaliyyət göstərməyə imkan verən ümumi lisenziyanın müddətini 14 fevral 2026-cı ilədək uzadıb.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyinin Maliyyə Sanksiyalarının İcra İdarəsi məlumat yayıb.
Lisenziya əlavə olaraq "Lukoil Aviation Bulgaria" və "Lukoil Bunker Bulgaria" şirkətlərinə də şamil olunub. Daha əvvəl, noyabrın 14-də, oxşar istisnalar "Lukoil Bulgaria" və "Lukoil Neftochim Burgas" şirkətlərinə tətbiq edilmişdi.
Britaniya Maliyyə Nazirliyi qeyd edib ki, müvəqqəti lisenziyalar Rusiya şirkətinə qarşı tətbiq olunmuş sanksiyalara baxmayaraq, Bolqarıstandakı "Lukoyl" müəssisələrinin Böyük Britaniyada fəaliyyətini davam etdirməsinə imkan verir.