BMT Ukrayna ilə bağlı istənilən sülh prosesini dəstəkləməyə hazırdır

Digər ölkələr
  • 20 noyabr, 2025
  • 23:56
BMT Ukrayna ilə bağlı istənilən sülh prosesini dəstəkləməyə hazırdır

BMT Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatmasına gətirib çıxaracaq istənilən prosesə dəstək verməyə hazırdır.

"Report"un məlumatına görə, bunu ABŞ-nin Ukrayna ilə bağlı yeni planını şərh edərkən BMT Baş katibinin sözçüsü Stefan Düjarrik brifinqdə bildirib.

"O, tam, təxirəsalınmaz və şərtsiz atəşkəsə, ardınca isə ədalətli, hərtərəfli və davamlı sülhə gətirib çıxaracaq hər hansı əhəmiyyətli prosesi dəstəkləməyə və ona yardım göstərməyə hazır olduğumuzu vurğuladı", – deyə Düjarrik müvafiq suala cavabında qeyd edib. O əlavə edib ki, sülh yolu ilə həll Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini təmin etməlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti