Bolqarıstan Putinin təyyarəsi üçün hava dəhlizi təmin etməyə hazırdır

Digər ölkələr
  • 20 oktyabr, 2025
  • 20:37
Bolqarıstan Putinin təyyarəsi üçün hava dəhlizi təmin etməyə hazırdır

Bolqarıstan ehtiyac olacağı təqdirdə Rusiya Prezidenti Vladimir Putinin Budapeştə gedəcək təyyarəsi üçün hava dəhlizi təmin etməyə hazır olduğunu bəyan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Georq Georgiyev bildirib.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş planlaşdırılır.

Daha əvvəl ABŞ və Rusiya liderləri arasında telefon danışığı olub, onlar Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti