ABŞ və Avstraliya vacib mineralların çıxarılmasına 3 milyard dollar sərmayə qoyacaq - YENİLƏNİB
- 20 oktyabr, 2025
- 22:24

ABŞ və Avstraliya hökumətləri vacib mineralların çıxarılması layihələrinə 3 milyard dollar sərmayə qoyacaqlar.
"Report"un məlumatına görə, bu barədə Ağ Evin bəyanatında deyilir.
ABŞ Prezidenti Donald Tramp və Avstraliyanın Baş naziri Entoni Albanese arasında keçirilən görüşdən sonra dərc edilən sənədə görə, bu layihələrdən çıxarıla bilən resursların dəyəri 53 milyard dollar qiymətləndirilir.
ABŞ və Avstraliya nadir torpaq minerallarına dair saziş imzalayıb.
"Report" xəbər verir ki, sənədə Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Avstraliya Baş naziri Entoni Albanese imza atıblar.
"Təxminən bir ildən sonra bizdə o qədər kritik minerallar və nadir torpaq elementləri olacaq ki, onlarla nə edəcəyinizi bilməyəcəksiniz. Onların qiyməti cəmi 2 dollar olacaq. Bu arada biz Avstraliya və digər ölkələrlə işləyəcəyik", - Amerika lideri bildirib.