Tramp: ABŞ HƏMAS-a qarşı güc tətbiq etməyə hazırdır
Digər ölkələr
- 20 oktyabr, 2025
- 23:29
ABŞ Prezidenti Donald Tramp əmindir ki, Qəzza zolağında atəşkəs rejiminin pozulması HƏMAS-ın rəhbərliyi tərəfindən sanksiyalaşdırılmayıb.
"Report" xəbər verir ki, bu barədə o, Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşü zamanı Qəzza zolağındakı vəziyyəti jurnalistlərə şərh edərkən deyib.
"Mən inanmıram ki, bunu HƏMAS-ın rəhbərliyi edib", – ABŞ lideri bildirib.
Eyni zamanda Tramp vurğulayıb ki, əgər vəziyyət gərginləşərsə, ABŞ HƏMAS-a qarşı qətiyyətli güc tətbiq etməyə hazırdır:
"HƏMAS ilə bağlı vəziyyətimiz nisbətən kiçikdir. Əgər onlar özlərini düzəltməsələr, bu, çox tez həll olunacaq".
Qeyd edək ki, İsrail və HƏMAS bundan əvvəl bir-birini atəşkəsi pozmaqda ittiham etmişdi.
Son xəbərlər
20:10
Foto
Yaşar Gülər ilə Rüstəm Umerov regional təhlükəsizliyi müzakirə ediblər
Region19:59
İsrail ordusu Livanın Vadi Saluki bölgəsini nəzarətə götürüb
Digər ölkələr19:52
Qalibaf: İmpulsiv qərarlar sonsuz bir bataqlıq yaradacaq
Region19:36
Foto
Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Van şəhərində konsert proqramı ilə çıxış edib
Mədəniyyət siyasəti19:30
Pentaqonda təhlükəli maddələrlə bağlı insidentə görə əməkdaşların təxliyəsinə başlanılıb
Digər ölkələr19:27
Dünya Bankı Yaxın Şərqdəki eskalasiya səbəbindən iqtisadiyyatın artım proqnozunu azaldıb
Maliyyə19:13
"Sabah" heyətini "Lill"in futbolçusu ilə gücləndirib
Futbol19:11
Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Daxili siyasət19:04