Belousov: NATO Rusiya və Belarus sərhədlərində kəşfiyyat fəaliyyətini aktivləşdirib

Digər ölkələr
  • 15 oktyabr, 2025
  • 17:06
Belousov: NATO Rusiya və Belarus sərhədlərində kəşfiyyat fəaliyyətini aktivləşdirib

NATO blokun şərq cinahında əhəmiyyətli hərbi iştirakını saxlayır, Rusiya və Belarus sərhədlərində kəşfiyyat fəaliyyətini aktivləşdirib.

"Report"un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Andrey Belousov iki ölkənin müdafiə nazirliklərinin birgə kollegiya iclasında bildirib.

"Alyans blokun şərq cinahında əhəmiyyətli hərbi iştirakını saxlayır. NATO ölkələrimizin sərhədlərində təlim-döyüş və kəşfiyyat fəaliyyətini aktivləşdirib", - o qeyd edib.

A.Belousovun sözlərinə görə, şərq cinahında keçirilmiş təlimlərdə iştirak edən Şimali Atlantika bloku qüvvələrinin ümumi sayı təxminən 60 min hərbçi təşkil edib.

O, həmçinin qeyd edib ki, Rusiya və Belarus müdafiə sahəsində qarşılıqlı fəaliyyəti davam etdirəcək, bu gün iki ölkənin 2026-2030-cu illər üçün strateji hərbi tərəfdaşlıq proqramı təsdiqlənəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti