Belçika, Portuqaliya və Hollandiya məktəblərdə distant təhsilə keçir

Digər ölkələr
  • 02 aprel, 2021
  • 08:48
Belçika, Portuqaliya və Hollandiya məktəblərdə distant təhsilə keçir

Belçika 4 həftəlik Pasxa qapanmasına gedir.

"Report"un xəbərinə görə, bu barədə BBC-nin yaydığı məlumatda deyilir.

Bildirilir ki, ölkədə ibtidai və orta məktəblər, eyni zamanda universitetlər aprelin 19-dək bağlanır. Bütün vacib olmayan səfər və görüşlər təxirə salınır, həmçinin ictimai yerlərdə maska taxılması məcburidir.

Portuqaliyada isə vəziyyətdən asılı olaraq muzey, orta məktəb və universitetlərin aprelin 19-dək açılmaması haqqında qərar hələ də qüvvədə qalır.

Hollandiyada vəziyyət bir az fərqlidir. Belə ki, burda orta məktəblərdə həftədə ən azı 1 gün dərslərin əyani formada məktəbdə keçirilməsinə baxmayaraq, universitet tələbələrinə aprelin 26-dan həftədə ən azı 1 gün dərslərini əyani formada keçmək üçün icazə veriləcək.