Alparslan Bayraktar: "Türkiyə "Qarabağ", "Dostluq" və "D230" layihələrində əməkdaşlığı gücləndirməyi hədəfləyib"
- 04 sentyabr, 2025
- 16:08

Türkiyə Xəzər dənizinin Azərbaycan sektorundakı "Qarabağ", "Dostluq" yataqlarında və "D230" sahəsində əməkdaşlığı gücləndirməyi əsas hədəflərindən biri olacağın ümid edir.
"Report" xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bu gün İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu günə qədər Azərbaycan və Türkiyə arasında neft-qaz sahəsində həyata keçirilən birgə layihələr ortaq baxışın hədəfli və nəticəyönümlü olduğunu göstərir: "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları ilə təməli atılmış əməkdaşlığımız, bu il imzalanmış "Şəfəq-Asiman" yatağı ilə bağlı müqavilə ilə yeni mərhələyə keçib".
O ildirib ki, "Qarabağ", "D230" və "Dostluq" sahələrində də əməkdaşlığımızı gücləndirmək əsas hədəflərimiz arasındadır: "Ötən il mayın 14-də Türkiyə və Azərbaycan arasında təbii qaz sahəsində imzalanmış əməkdaşlıq memorandumu bu çərçivədə çox böyük əhəmiyyət kəsb edir. Bu sənəd ölkələrimizin enerji təhlükəsizliyini gücləndirəcək və regional əməkdaşlığımızı daha da artıracaq".