Avropa Komissiyasının fırıldaqçılıqda adı hallanan rəsmisi təqaüdə çıxıb

Digər ölkələr
  • 03 dekabr, 2025
  • 21:38
Avropa Komissiyasının fırıldaqçılıqda adı hallanan rəsmisi təqaüdə çıxıb

Avropa Komissiyasının Yaxın Şərq, Şimali Afrika və Fars körfəzi üzrə Baş direktoru Stefano Sannino fırıldaqçılıq qalmaqalı fonunda vaxtından əvvəl təqaüdə çıxmaq üçün ərizə verib.

Bu barədə "Report"un Avropa bürosu "Euractiv" onlayn nəşrinə istinadla xəbər verir.

S.Sannino Avropa İttifaqı vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı iş çərçivəsində Belçika polisi tərəfindən saxlanılıb və dindirildikdən sonra istefa verdiyini açıqlayıb.

O, bunun baş katib olduğu dövrdə həyata keçirilən layihə ilə bağlı olduğunu bildirib.

S.Sannino direktorluq əməkdaşlarına göndərdiyi məktubda saxlanılma və dindirilmə faktını təsdiqləyib. O, bunun Avropa İttifaqının diplomatik xidmətinin baş katibi olduğu dövrdə həyata keçirilən layihə ilə bağlı olduğunu qeyd edib. Bununla yanaşı, özünü təqsirli saymadığını və vəziyyətin aydınlaşdırılacağına əmin olduğunu vurğulayıb.

O söyləyib ki, Baş direktorluğun işini qorumaq üçün ərizə təqdim edib və artıq öz vəzifələrini davam etdirməyi məqsədəuyğun saymır.

Sannino dekabrın sonunda istefa verəcəyini əlavə edib:

"Baş direktorluq öz fəaliyyətinə diqqət yetirməli və bizim hazırladığımız gündəliyi həyata keçirməlidir".

Son xəbərlər

Bütün Xəbər Lenti