Aİ Şurası və Avropa Parlamenti müdafiə investisiyalarına dair ilkin razılığa gəlib

Digər ölkələr
  • 17 oktyabr, 2025
  • 04:13
Aİ Şurası və Avropa Parlamenti müdafiə investisiyalarına dair ilkin razılığa gəlib

Avropa İttifaqı Şurası və Avropa Parlamenti 2025-2027-ci illər üçün 1,5 milyard avro dəyərində yeni maliyyə mexanizmi olan Avropa Müdafiə Sənayesi Proqramının (EDIP) yaradılması ilə bağlı ilkin razılığa gəliblər.

"Report"un Avropa bürosunun şuraya istinadən verdiyi məlumata görə, proqram Aİ-nin müdafiə hazırlığının gücləndirilməsinə və Avropa müdafiə sənayesinin rəqabət qabiliyyətinin artırılmasına yönəlib.

Danimarkanın müdafiə naziri və baş nazirin müavini Truls Lund Poulsen bildirib ki, proqram Avropanın müdafiə qabiliyyəti üçün çox vacibdir.

"Bu, bizim kritik silahların istehsalı və tədarükü qabiliyyətimizi yüksəldəcək və artan təhlükəsizlik təhdidlərinə sürətli cavabı təmin edəcək. Eyni zamanda, proqram Ukrayna ilə tərəfdaşlığımızı dərinləşdirəcək, müdafiə sənayemizi qarşılıqlı fayda üçün bir-birinə yaxınlaşdıracaq".

EDIP Ukrayna müəssisələrinin Avropa müdafiə texnologiyası bazasına inteqrasiyasını asanlaşdıracaq 300 milyon avro dəyərində Ukraynaya Dəstək Aləti vasitəsilə Kiyev ilə əməkdaşlığı gücləndirməyi nəzərdə tutur.

Müqavilə Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti