Aİ Şurası 1,5 milyard avroluq müdafiə sənayesi proqramını təsdiqləyib

Digər ölkələr
  • 08 dekabr, 2025
  • 18:03
Aİ Şurası 1,5 milyard avroluq müdafiə sənayesi proqramını təsdiqləyib

Avropa İttifaqı Şurası dəyəri 1,5 milyard avroya qədər olan Avropa Müdafiə Sənayesi Proqramını (EDIP) təsdiqləyib.

"Report" Aİ Şurasının bəyanatına istinadən xəbər verir ki, bu məbləğin 300 milyon avrosu Ukrayna üçün ayrılıb.

Proqram 2027-ci ilə qədər olan dövr üçün nəzərdə tutulub, müdafiə texnologiyalarına investisiyaları və birgə müdafiə satınalmalarını əhatə edir.

"Aİ Şurası bu gün Avropa İttifaqının döyüş qabiliyyətinin, müdafiə sənayesi və texnoloji bazasının rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə yönəlmiş Avropa Müdafiə Sənayesi Proqramını təsdiqləyib. Bu məbləğin 300 milyon avrosu Ukraynanın müdafiə sənayesinin modernləşdirilməsi və dəstəklənməsinə yönəldiləcək", - bəyanatda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti