ABŞ Ukraynaya 3 mindən çox ERAM raketinin satışına razılıq verib

Digər ölkələr
  • 29 avqust, 2025
  • 02:19
ABŞ Ukraynaya 3 mindən çox ERAM raketinin satışına razılıq verib

ABŞ Dövlət Departamenti Ukraynaya 825 milyon dollar dəyərində 3 mindən çox hava bazalı ERAM raketinin və əlaqədar maddi-texniki təminatın mümkün satışına razılıq verib.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Ukrayna hakimiyyəti daha əvvəl ABŞ-dən 3 350 ədəd bu tip raket, həmçinin onlar üçün naviqasiya sistemləri təmin etməyi istəmişdi. Rəsmi Kiyev bu silahların ödənişi üçün Danimarka, Niderland və Norveç tərəfindən ayrılmış vəsaitlərdən istifadə edə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti