Yusif Vəliyev: Azərbaycanda könüllülük hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoyub
- 04 dekabr, 2025
- 14:19
Azərbaycanda könüllülük hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoyub.
"Report" xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda deyib.
O xatırladıb ki, 2009-cu ildə Prezident İlham Əliyevin təsdiqlədiyi "Könüllü fəaliyyət haqqında" qanun Azərbaycanda könüllülüyün hüquqi bazasını yaradıb:
"ASAN Könüllüləri ilə başlayan proses hər gün inkişaf etməkdədir. Minlərlə könüllü il ərzində müxtəlif dövlət qurumlarında vətəndaş xidmətlərində, beynəlxalq tədbirlərə aktiv qatılırlar. Eyni zamanda, Azərbaycan könüllüləri 2020-ci ildə Vətən müharibəsi dönəmində həm ön, həm də arxa cəbhədə əzmlə iştirak ediblər".
Y.Vəliyev həmçinin qeyd edib ki, Azərbaycan gəncləri konstruktiv düşüncəli, intellektual, dövlətini sevən, vətənpərvər ruhda yetişməklə yanaşı, dövrün müasir çağırışlarına cavab verir və yenilikləri tətbiq edir.