Növbəti köç karvanı Ballıca kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-4
- 10 oktyabr, 2025
- 14:36

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Ballıca kəndinə çatıb, açarlar təqdim olunub.
"Report"un Qarabağ bürosu xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bununla Ballıca kəndinə köçürülən ailələrin sayı 215-ə (965 nəfər) çatıb.
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim olunub.
"Report"un Qarabağ bürosu xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, Təzəbinə kəndinə köçürülən ailələrin sayı 56-ya (251 nəfər) çatıb.
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Ballıca və Təzəbinə kəndlərinə çatıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bu kəndlərə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla da Təzəbinə kəndinə köçürülən ailələrin sayı 56-ya (251 nəfər), Ballıcaya köçürülən ailələrin sayı isə 215-ə (965 nəfər) çatacaq.
Xocalı rayonunun Ballıca və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola salınıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bu gün Xocalı rayonunun Təzəbinə kəndinə 28 ailə (126 nəfər), Ballıca kəndinə isə 15 ailə (53 nəfər) köçürülür.
Bununla da Təzəbinə kəndində köçürülən ailələrin sayı 56-ya (251 nəfər), Ballıcaya köçürülən ailələrin sayı isə 215-ə (965 nəfər) çatacaq.
Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç karvanı yola salınıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bu gün Xocalı rayonunun Təzəbinə kəndinə 28 ailə (126 nəfər) köçürülür.
Bununla da kəndə köçürülən ailələrin sayı 56-ya (251 nəfər) çatacaq.