Şəhid bacısı: Qardaşım Mikayıl Əliyev doğum günündə torpağa tapşırılır

Daxili siyasət
  • 31 oktyabr, 2025
  • 10:47
Şəhid bacısı: Qardaşım Mikayıl Əliyev doğum günündə torpağa tapşırılır
Zülfiyyə Əliyeva

Şəhid bacısı Zülfiyyə Əliyeva 33 ildir həsrətlə yolunu gözlədikləri qardaşı Mikayılın nəşinin qalıqlarının öz doğum günündə evlərinə gətirildiyini bildirib.

Z.Əliyeva "Report"a açıqlamasında qeyd edib ki, artıq gözləri yollardan çəkilib.

O, qardaşının şəhid olmasını elə o vaxt Xocalı sakinlərdən eşitdiyini vurğulayıb:

"Mənə demişdilər ki, qardaşının olduğu yerə bomba düşüb və elə orada da şəhid olub. Lakin valideynlərim bunu qəbul etmirdi. Ümid edirdilər ki, nə vaxtda gələcək. Özüm bu yaxınlarda Xocalıda olanda orada yol çəkildiyini gördüm. Təəssüflənmişdim ki, qardaşımın nəşi həmin yolun altında qalacaq. Həmin vaxt döyüşlərdə 5 dostu ilə birgə vuruşurdu və şükür ki, hamısının nəşi tapıldı. Bu gün qardaşımın doğum günüdür, 57 yaşı tamam olur. ELə bu gün də dəfn edilir. Bütün itkin ailələrinə arzu edirəm ki, bizim kimi sevinsinlər. Artıq qeyri-müəyyənliyimiz başa çatdı".

Zülfiyyə Əliyeva həmçinin əlavə edib ki, babası Mirzəbala Əliyev də II Dünya müharibəsində itkin düşüb.

Qeyd edək ki, şəhid Mikayıl Əliyev 1968-ci il oktyabrın 31-də Bakıda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. R. Abbasov 26 fevral 1992-ci ildən Xocalıda itkin düşmüş hesab edilirdi.

Son xəbərlər

Bütün Xəbər Lenti