Azərbaycanda daha 62 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
                            Biznes
                            
                        - 31 oktyabr, 2025
- 16:57
 
                            
                            
                        Dekabrın 9-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 160 min 295 manat olan 62 nəqliyyat vasitəsi çıxarılacaq.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Son xəbərlər
23:15
                
                                    Foto                                
                                                    Azərbaycanla Britaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Xarici siyasət23:01
                Rusiya Yaponiyaya genişmiqyaslı hərbi təlimlərlə bağlı etirazını bildirib
Region22:51
                Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Estoniyanın səmasını qoruyacaq
Digər ölkələr22:46
                NBA-da çıxış edən basketbolçunun evi qarət edilib
Komanda22:36
                Rusiya ərazisinə giriş qadağası qoyduğu Aİ nümayəndələrinin siyahısını genişləndirib
Region22:26
                Tramp: ABŞ və Kanada ticarət danışıqlarını bərpa etməyəcək
Digər ölkələr22:15
                
                                    Foto                                
                                                    TİKA sədri: Qarşıdakı dövrdə də Azərbaycanın səhiyyə infrastrukturuna töhfə verəcəyik
Xarici siyasət22:05
                Fidan: Rusiya-Ukrayna müharibəsinin həllində müəyyən çətinliklər var
Region21:56
                