Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Daxili siyasət
- 08 noyabr, 2025
- 12:03
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla anıb.
Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini yad edib.
Dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Son xəbərlər
19:07
Xankəndidə Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilir
Daxili siyasət18:53
Tanzaniyada müxalifət nümayəndəsi kütləvi iğtişaşlarla bağlı həbs edilib
Digər ölkələr18:40
Foto
Azərbaycan Ordusunda Zəfərin beşinci ildönümü qeyd edilib
Hərbi18:37
Azərbaycan cüdoçusu VI İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub
Fərdi18:30
Foto
Sumqayıtda Zəfər Günü konsert proqramı ilə davam edib - YENİLƏNİB
Daxili siyasət18:25
Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq
İnfrastruktur18:23
Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
Xarici siyasət18:21
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Xarici siyasət18:20