Tanzaniyada müxalifət nümayəndəsi kütləvi iğtişaşlarla bağlı həbs edilib

Digər ölkələr
  • 08 noyabr, 2025
  • 18:53
Tanzaniyada müxalifət nümayəndəsi kütləvi iğtişaşlarla bağlı həbs edilib

Tanzaniya polisi şənbə günü müxalif CHADEMA partiyasının yüksək vəzifəli nümayəndələrindən birini həbs edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bundan başqa, keçən həftə seçkilərdən sonra baş verən etirazlarda iştirak etməkdə şübhəli bilinən daha 9 nəfər axtarışa verilib.

Partiyadan verilən məlumata görə, CHADEMA-nın baş katibinin müavini Amani Qoluqva saxlanılıb. Onun adı digər doqquz nəfərlə birlikdə polisin kütləvi iğtişaşlarla bağlı axtarış siyahısında yer alır. O, prokurorluğun 145 nəfəri dövlətə xəyanətdə ittiham etməsindən bir gün sonra həbs olunub.

Müxalifətin və bir sıra insan haqları müdafiəçilərinin məlumatına görə, toqquşmalar zamanı təhlükəsizlik qüvvələri tərəfindən 1 000-dən çox insan öldürülüb. Hakimiyyət bu rəqəmlərin son dərəcə şişirdildiyini bildirsə də, həlak olanların sayı ilə bağlı məlumat təqdim etməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti