Xankəndidə Zəfər atəşfəşanlığı - YENİLƏNİB
- 08 noyabr, 2025
- 20:17
Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən konsert proqramının ardınca atəşfəşanlıq olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Zəfər meydanında şəhərin səması rəngarəng işıqlara bürünüb.
Atəşfəşanlıq Xankəndi sakinlərinin böyük sevinc hissi ilə qarşılanıb.
Xankəndi şəhərində 8 Noyabr Zəfərinin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"un Qarabağ bürosuna verilən məlumata görə, bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Zəfər konsertində tanınmış ifaçılar, incəsənət xadimlərinin ifasında, vətənpərvərlik ruhunda mahnılar səslənib.