MM-in Aparat rəhbəri: İnformasiya təhlükəsizliyinin təmini əsas prioritetlərdəndir

Daxili siyasət
  • 09 oktyabr, 2025
  • 10:18
MM-in Aparat rəhbəri: İnformasiya təhlükəsizliyinin təmini əsas prioritetlərdəndir

İnformasiya təhlükəsizliyinin təmini Azərbaycanın əsas prioritetlərdəndir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Aparat rəhbəri Fərid Hacıyev "Critical Infrastructure Defence Challenge" ("CIDC 2025") kibertəhlükəsizlik festivalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün iqtisadiyyatın rəqəmsallaşması, süni intellektin imkanları yeni risklər gətirir:

"Etibarlı kibertəhlükəsizlik tədbirləri üçün müxtəlif fəaliyyətlər həyata keçirilir. Azərbaycan innovasiyalar içərisində regionda mühüm yer tutur. Həmçinin rəqəmsal məkanın qorunması istiqamətində kömək edir".

O vurğulayıb ki, səmərəli qanunvericilik təhlükəsizliyin qorunması üçün təməl rolunu oynayacaq:

"Vətən müharibəsindən sonra Azərbaycana qarşı kiberhücumlar davam edir. Bunun üçün Milli Məclisdə də qanunvericiliyə yeni əlavələr edildi. Milli təhlükəsizlik təkcə qurumların deyil, bütün cəmiyyətin öhdəsindədir".

Son xəbərlər

Bütün Xəbər Lenti