İnfrastrukturun qurulması azad olunan torpaqlara qayıdacaq insanlar üçün mühüm rol oynayacaq - RƏY

Daxili siyasət
  • 15 sentyabr, 2025
  • 17:24
İnfrastrukturun qurulması azad olunan torpaqlara qayıdacaq insanlar üçün mühüm rol oynayacaq - RƏY

İşğaldan azad olunan hər bir ərazinin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etmək əsas prioritetlər sırasındadır.

Bunu "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Fərmanı ilə tarixi Zəfərin reallıqları əsasında iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi, həmçinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiqlənməsində də məqsədlərdən biri də məhz budur:

"Hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən dövlətimizin əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün bu torpaqlara  qayıdışına nail olmaqdır".

Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər içərisində infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir.

Vüqar Rəhimzadə

"Çünki infrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də bu torpaqlara qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq", - o deyib.

Vüqar Rəhimzadə tarixi Zəfərdən üç il sonra, 2023-cü ilin 20 sentyabr tarixində suverenliyimizin tam bərpası ilə  Azərbaycanın yeni dövrə qədəm qoyduğunu xüsusi vurğulayaraq bildirib ki, son iki ildə Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin dirçəldilməsi istiqamətində atılan addımların miqyasının genişliyi məcburi köçkünlərin bu torpaqlara qayıdışında da özünün aydın ifadəsini tapir:

"Bunun üçün dövlət başçısı İlham Əliyevin sentyabrın 14-də Xocalı, Xocavənd rayonlarına, Xankəndi şəhərinə səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir".

Son xəbərlər

Bütün Xəbər Lenti