Biləsuvarda yeni məktəb binasının açılışı olub

Elm və təhsil
  • 15 sentyabr, 2025
  • 18:50
Biləsuvarda yeni məktəb binasının açılışı olub

Biləsuvar rayonunda yeni tikilmiş Rafiq Rzayev adına Nəsimi kənd tam orta ümumtəhsil məktəblərinin açılış mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndələri, müəllimlər və digər qonaqlar iştirak ediblər. 

624 şagird yerlik yeni məktəbdə yaradılan şəraitlə tanış olan tədbir iştirakçıları müasir və işıqlı sinif otaqlarında təlim-tədrisin yüksək səviyyədə təşkil olunacağını bildiriblər.

Mərasim iştirakçıları ölkədə təhsilin inkişafına göstərilən daimi qayğı və diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində Biləsuvar rayonu Rafiq Rzayev adına Nəsimi kənd tam orta ümumtəhsil məktəbində 50 nəfər şagird birinci sinifdə təhsil alacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti