Naxçıvan Ali Məclisinin deputatı qadının xüsusi ittiham qaydasında cəzalanmasını istəyir
Hadisə
- 15 sentyabr, 2025
- 18:49

Naxçıvan Ali Məclisinin deputatı vətəndaşın xüsusi ittiham qaydasında cəzalanmasını istəyir.
"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əli Abbasov rayon sakini Simuzər Yusifovanın onun haqqında böhtan atdığı iddia edərək Şərur rayon Məhkəməsinə müraciət edib.
Deputat Simuzər Yusifovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalanmasını tələb edib.
Bu gün Şərur rayon Məhkəməsində Əli Abbasovun xüsusi ittiham qaydasında şikayəti icraata götürülüb.
Məhkəmənin baxış iclası sentyabrın 22-ə təyin edilib.
Qeyd edək ki, məhkəmədə deputat ittihamçı, S.Yusifova isə cavabdeh kimi təmsil olunacaq. Deputatın iddiası təmin edilərsə, qadın 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Son xəbərlər
20:26
Norveç XİN Polşanın hava məkanının pozulması ilə bağlı Rusiya səfirini çağırıb
Digər ölkələr20:16
Gürcüstanın Baş naziri: Siyasi motivli cinayətlərə qarşı sərt tədbirlər görüləcək
Region20:12
Kobaxidze Xoştariyanı Rusiyadan maliyyələşməkdə ittiham edib
Region20:08
Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başlayıb
Daxili siyasət20:05
NATO-nun "Şərq gözətçisi" əməliyyatı başlayıb
Digər ölkələr19:47
Foto
Ermənistan vətəndaşlarının məhkəməsində azərbaycanlılara qarşı cinayətlərlə bağlı sənədlər tədqiq edilib
Hadisə19:43
Aİ və NATO Avropanın hava məkanının təhlükəsizliyinin gücləndirilməsini müzakirə edib
Digər ölkələr19:29
Ermənistanın maliyyə naziri və Dünya Bankının nümayəndəsi dövlət-özəl tərəfdaşlığını müzakirə edib
Region19:19