Horovluya qayıdan şəhid anası: Orada yaşayacaq, öləndə də orada öləcəyəm

Daxili siyasət
  • 21 noyabr, 2025
  • 06:46
Horovluya qayıdan şəhid anası: Orada yaşayacaq, öləndə də orada öləcəyəm

Torpaqlarımızın həsrətində idik, indi bu həsrət sona yetir. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə sağlıq versin, prezidentimiz sağ olsun. Onların sayəsində torpaqlarımıza qayıdırıq.

Bunu "Report"a açıqlamasında Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün, şəhid Mehralıyev Nemətin anası Abduləzimova Şamaxı deyib.

O qeyd edib ki, torpaqlar işğaldan azad olunduqdan sonra həmin ərazilərə ilk dəfədir, gedir:

"Allah ömür versə, orada yaşayacaq, öləndə də orada öləcəm. Birinci Qarabağ müharibəsində övladım şəhid olub, indi yoldaşım və qızımla doğma yurda dönürəm".

Son xəbərlər

Bütün Xəbər Lenti