Xocalı sakini: Bu hissləri bizə yaşatdığı üçün Ali Baş Komandana minnətdaram

Daxili siyasət
  • 21 noyabr, 2025
  • 07:10
Xocalı sakini: Bu hissləri bizə yaşatdığı üçün Ali Baş Komandana minnətdaram

Xocalıdan çıxanda 27 yaşım vardı, subay idim, indi övladlarımla qayıdıram.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xocalı şəhərinə köç edən keçmiş məcburi köçkün Həsənov Haqverdi deyib.

O, hisslərini sözlə təsvir edə bilmədiyini qeyd edib:

"Allah Azərbaycan xalqını bir daha belə sınağa çəkməsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Ali Baş Komandana bu hissləri bizə yaşatdığı üçün minnətdaram".

H. Həsənov Xocalıdan didərgin düşənlərin çoxunun artıq həyatda olmadığını təəssüf hissi ilə bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti