Deputat: Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır

Daxili siyasət
  • 09 sentyabr, 2025
  • 12:30
Deputat: Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır

On dörd ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasındakı çıxışında deyib. 

O vurğulayıb ki, bu, Prezident İlham Əliyevin siyasi təmkini, beynəlxlaq arenada böyük nüfuzu, hərb meydanında qəbul etdiyi cəsarətli qərarlar sayəsində mümkün olub:

"Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır. Siyasi və strateji əməkdaşlıqla yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional kommunikasiyalar, süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək.

Enerji sahəsində əməkdaşlıq ABŞ-nin mütəffiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliklərini daha da gücləndirməsinə imkan yaradacaq. On dörd ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir".

Deputat bildirib ki, ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq: 

"Belə bir əməkdaşlıq Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına da dəstək olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, onun iqtisadi fəallığı deməkdir".